XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2013
Qız Qalasında muzey ekspozisiyasının yaradılması istiqamətində işlər aparılır

Qız QalasıQız Qalasında bərpa işləri demək olar ki, yekunlaşmışdır. Orada artıq muzey ekspozisiyasının yaradılması istiqamətində işlər aparılır.


AzərTAc xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev jurnalistlərə müsahibəsində söyləmişdir. İdarə rəisi müəyyən işlərin görüldüyünü və yaxın aylarda muzeyin fəaliyyətə başlayacağını demişdir. S.Nuriyev qeyd etmişdir ki, muzeydə Qız Qalası ilə bağlı əfsanələrə, onun təyinatına, tarixinə aid materiallar təqdim ediləcəkdir. Ziyarətçilər buraya gələndə təkcə Qız Qalası ilə deyil, həmçinin muzeydə olan eksponatlar, multimedia vəsaitləri ilə tanış ola biləcəklər.