Dekabrın 2-də “JW Marriott Absheron” otelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlamışdır. AzərTAc xəbər verir ki, 116 ölkədən 780 nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilmişdir.
Sessiya komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlamışdır. Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına təbrik məktubunu oxumuşdur. Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın sessiyanın iştirakçılarına videomüraciəti nümayiş olunmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açıq elan etmişdir. Tədbir iştirakçılarını salamlayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Sessiyanın gündəliyində duran ən əsas məsələ təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısı və bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı üzrə qərarın verilməsidir. Sesil Düvel demişdir ki, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi münasibətilə böyük bir sərgi təşkil olunacaqdır. Sərgidə dünyanın müxtəlif ölkələrində çəkilmiş qeyri-maddi mədəni irslə bağlı fotoşəkillər nümayiş etdirməklə, canlı irsin davamlı inkişafda önəmli rol oynadığını bir daha göstərmək niyyətindəyik. Ümumilikdə gündəlikdə 30 məsələ öz əksin tapmış və olduqca dolğun olan iş cədvəlimiz bizdən vaxtdan səmərəli istifadə olunmasını tələb edir. Gündəlikdəki məsələlər 4 sahə üzrə bölünmüşdür. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi tərəfindən hesabatla bağlı iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır. Tədbir iştirakçıları tərəfindən hesabat qəbul edilmişdir. Tədbirdə iştirak edən UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin sessiyanın yüksək səviyyədə təşkilindən məmnunluğunu dilə gətirmiş və bu işdə zəhməti olan hər kəsə təşəkkür etmişdir.
Sessiya işini dekabrın 7-dək davam etdirəcəkdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.