XƏBƏRLƏR
09 Dekabr, 2013
Azərbaycan Cumhuriyyəti Parlamentinin acılışının 95 illiyi
Azərbaycan Xalq Cumhuriyyəti və onun Parlamenti cox cətin və murəkkəb bir tarixi dovrdə meydana gəlmişdir. Parlamentin acılışı 1918-ci il dekabr ayının 3-nə təyin olunmuşdu. Lakin, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin acılmasına hərtərəfli mane olduqları üçün Parlamentin ilk iclasının acılışı dekabr ayının 7-nə keçirilmişdi.
Həmin gun gunduz saat 13:00-da H.Z.Tağıyevin Nikolayev küçəsində yerləşən kecmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclası təntənəli şəraitdə acılmışdı. Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə boyuk təbrik nitqi soyləmişdir. Parlamentin təşkili haqqında qəbul edilmiş qanunda onun 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdusa da, muxtəlif səbəblərdən hec vaxt bu sayda deputat olmamışdır. Artıq 1919-cu ilin axırına yaxın Parlamentdə II muxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Buradakı siyasi partiyalar və qrupların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və bitərəflər fraksiyası (39 nəfər), “İttihad” (13 nəfər), “Əhrar” (6 nəfər), sosialistlər bloku (13 nəfər), partiyasızlar (4 nəfər), mustəqillər (3 nəfər), erməni fraksiyası (5 nəfər), daşnaksütun fraksiyası (6 nəfər), azlıqda qalan millətlər fraksiyası (4 nəfər). Azərbaycan Parlamentinin ilk iclaslarında onun işində iştirak edən partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar vermişlər. Bu bəyanatlarda umumi bir məqsəd diqqəti cəlb edirdi - gənc Azərbaycan Cumhuriyyətinin mustəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və hokumətlərlə, xususilə qonşu hokumətlərlə dostluq əlaqələrini yaratmaq və mohkəmləndirmək, respublikada huquqi-demokratik dovlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata kecirmək, olkəni mudafiə edə biləcək guclu ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət gostərməsinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti ozunun həyatiliyi və yuksək işguzarlıq qabiliyyətini sübut etmişdi. O gostərmişdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yuksəlmişdir. O vaxt Azərbaycan Cumhuriyyəti butun musəlman Şərqində yeganə parlamentli respublika idi. Ozunun 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabr ayının 7-də, son iclas isə 1920-ci il aprel ayının 27-də olmuşdur. Parlamentdə muzakirə olunan qanunlar bir qayda olaraq yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Oz fəaliyyəti dovrundə Azərbaycan Cumhuriyyəti Parlamentinin muzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...