XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Dekabr, 2013
Əli Nəzmi (1878-1946)

Əli Məhəmməd oğlu Məmmədzadə (Əli Nəzmi) 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini mollaxanada almış, sonra rus-tatar məktəbində oxumuşdur. Atasının vəfatından sonra guzəranı ağır keçdiyindən doğma yurdu tərk edib, iki il Orta Asiyanın Buxara və Səmərqənd şəhərlərində tacir dukanında şagird olmuşdur.


Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. “Bikəs” təxəllusu ilə şeirlər də yazmışdır. Ədəbi fəaliyyətə 1904-cu ildə “Şərqi-rus” qəzetində dərc etdirdiyi “Kənddə ibtida” adlı ilk şeiri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmış, satirik şeirlərini “Məşədi Sijimqulu”, “Kefsiz” və s. gizli imzalarla cap etdirmişdir. “Molla Nəsrəddin” ədəbi məktəbinin gorkəmli numayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şeirləri satirik-yumoristik jurnallarda, xususən “Molla Nəsrəddin” jurnalında müntəzəm çap olunmuşdur. “İstibdad”, Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey füqəra”, “Od tutub odlandı vətən” və s. şeirlərində mutləqiyyətə, mustəmləkəcilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ etmişdir. Doğma kəndində təqib olunduğuna gorə ailəliklə Gəncəyə kocmuş, burada xırda ticarətlə məşğul olmuşdur. Eyni zamanda oz satirik şeirlərini gizli imzalarla (“A.S.Əlidəyənəkli”, “Həcamətverdi”, “Sərsəri”, “Qanacaqsız”, “Şəmşir”, “Şəmşirək”, “Peşiman qoca”, “Gəncə cavanları”, “Mütşair”, “Şallax”, “Kav-mahi”, “Qoca zığ-zığ”, “Papiros-çəkən” və s.) çap etdirmişdir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni cəmiyyətin tərəfdarı kimi fəaliyyət gostərmişdir. O, 1924-1926-cı illərdə Gəncə məktəblərində muəllimlik etmiş, sonra “Yeni Gəncə” qəzeti redaksiyasında çalışmış, 1926-1931-ci illərdə Bakıya köçərək “Kəndli” qəzeti və “Molla Nəsrəddin” jurnalı redaksiyasında məsul katib vəzifəsində çalışmışdır. Sonra təqaüdə çıxmış, həm də “Yeni yol”, “Kommunist” qəzeti redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir. İkinci Dьnya mьharibəsi dovrundə alman faşizminə qarşı kəskin satirik əsərlərlə cıxış etmişdir. Nizami, Firdovsi, Krılov kimi sənətkarlardan tərcumələr etmiş, eyni zamanda qiymətli ədəbi-tənqidi məqalələr yazmışdır. “Keçmiş günlər” (1944) adlı mənzum xatirəsi XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatını öyrənmək ucun maraqlı mənbə hesab edilir. Əli Nəzmi 1946-cı il yanvar ayının 4-də Bakıda vəfat etmişdir.