XƏBƏRLƏR
09 Dekabr, 2013
Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası davam edir.
Sessiya çərçivəsində dekabrın 3-də Komitə bürosunun görüşü keçirilmişdir. Müzakirələr komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirilmişdir.
Günün birinci yarısında iştirakçı dövlətlərin dövri və beynəlxalq yardımın istifadə olunmasına dair hesabatları dinlənilmişdir.
Çıxış edən iştirakçı ölkələrin nümayəndələri sessiyaya uğurla ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirmiş, ölkəmizdəki iqtisadi artımın inkişaf üçün bir çox imkanlar yaratdığını xüsusilə vurğulamışlar. Natiqlər, həmçinin Azərbaycan mədəniyyətinin inkişaf meyllərindən də danışmışlar.
Çıxışlarda sivilizasiyalararası münaqişələrin səbəbləri, mövcud regional konfliktlərin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti barədə fikirlər səslənmişdir.
Günün ikinci yarısında məşvərətçi qurumun 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.
Sonra Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün təqdim edilmiş nominasiyalar nəzərdən keçirilmişdir. İlk müzakirə edilən nominasiya Azərbaycanın ənənəvi Qarabağ oyunu - çövkən olduğundan iclasa sədrlik edən mədəniyyət və turizm naziri Ə.Qarayevi Braziliya nümayəndəsi əvəz etmişdir.
Sonra Azərbaycana aid qovluqda əksini tapmış çövkən oyunu haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ənənəvi Qarabağ oyunu olan çövkən iki komanda arasında çəmənlikdə oynanılır. At üstündə olan hər komandanın üzvləri taxtadan, yaxud dəridən düzəldilmiş kiçik topu digər komandanın qapısına vurmağa çalışırlar. Bu oyun əslində milli adət-ənənələrdən irəli gəlir və milli mənliyin formalaşmasında böyük rol oynayır.
Bildirilmişdir ki, Komitənin məşvərət şurasının qərarına əsasən, nominasiya müvafiq kriteriyalara uyğun gəlir. Hazırda gənclərdə çövkən oyunu istiqamətində elə də həvəs müşahidə olunmur. Əlbəttə, bu, daha çox urbanizasiya və miqrasiya ilə əlaqədardır. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə maliyyə yardımı göstərilir. Müvafiq sənədlərdə hüququ və təşkilati tədbirlər açıq-aydın görünür. Hesabat yoxlanılmışdır.
Sonra çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı elan edilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və xalqı adından Komitəyə, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibliyinə təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, çövkən oyununun beynəlxalq səviyyədə tanınması sevindirici haldır. Çövkən oyununun müvafiq siyahıya daxil edilməsi icmalara bu istiqamətdə öz fəaliyyətlərini daha həvəslə davam etdirmək imkanı verəcəkdir.
Nazir bildirmişdir ki, çövkən oyununun bu siyahıya daxil edilməsi çox mükəmməl bir komanda işinin nəticəsində mümkün olmuşdur. Bu, çövkən oyununun Azərbaycanda qorunmasına və daha yüksək səviyyəyə çıxarılmasına böyük təkan verəcəkdir. Beynəlxalq əməkdaşlıq məsələlərində Azərbaycanın həmişə açıq olduğunu deyən Ə.Qarayev diqqətə çatdırmışdır ki, müvafiq Konvensiya həm də insanları birləşdirməlidir. Ona görə də Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması bu birliyə çağıran böyük bir qərardır.
İclas müddətində ümumilikdə 10 nominasiyaya baxılmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...