XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Dekabr, 2013
Ümummilli lider Heydər Əliyevin anım günü

Ümummilli lider Heydər Əliyev2003-cü il dekabr ayının 12-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın eks Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.


Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, məhz, onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. 12 dekabr - bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə əhatə olunmuşdur. Son illər ökəmizdə görülmüş və müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı tədbirlər Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən böyük ehtiramdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyuk məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən olkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyev bizim dahi muasirimizdir. bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Deyirlər dahilər yüz ildən, min ildən bir dünyaya gəlir... Böyük tarixi olan Azərbaycan əsrlər boyu çox dahilər yetişdirmişdi... Ancaq belə dahi insan dünyaya nə gəldi, nə də çətin ki, bundan sonra gələ... Heydər Əliyev Bakıda, Fəxri Xiyabanda, ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın yanında dəfn olunmuşdur. Onun məzarı qədirbilən Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilmişdir. Biz həmişə onunla fəxr etmişik, bu gün də fəxr edirik. Necə ki o, azərbaycanlı olduğu üçün fəxr edirdi!