1893-1938 Abbas Mirzə Mirzə Əbdulrəsul oğlu Şərifzadə 1893-cü il dekabr ayının 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra ailəsi şəhəri tərk etmiş, Bakıya köçmüşlər.
Abbas Mirzənin əmisi Mirzə Məmməd Tağı teatr sənətinə meyl gostərmiş, dini tamaşalar hazırlamışdır. Abbas hələ uşaq ikən əmisinin “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu oynamışdır. Peşəkar səhnə fəaliyyətinə gəlincə, o,ilk dəfə 1908-ci ildə Molyerin “Zorən Təbib” əsərində epizodik rolda oynamış, iki ildən sonra isə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunmuşdur. 1910-cu ildən “Səfa”, “Nicat” cəmiyyətlərinin teatr truppalarında cıxış edən Abbas Mirzə 1911-ci ildə onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaratmışdır. Bu, Əbdürəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi. Abbas Mirzə Şərifzadə 1916-cı ildə Hacıbəyov qardaşlarının truppasına rejissor kimi dəvət olunmuş, bir il sonra isə “Musəlman artistləri İttifaqına” sədr seçilmiş, ittifaqın nəzdində teatr studiyası yaratmaqla ölkəmizdə teatr təhsili sahəsində ilk təşəbbusu gostərmişdir. Azərbaycan teatrı səhnəsində ilk dəfə 1927-ci ildə Hamleti obrazını məhz Abbas Mirzə Şərifzadə oynamışdır. Aktyorun oynadığı rolları beş qismə bölmək olar: faciə rolları, romantik qəhrəmanlıq obrazları, dramatik psixoloji surətlər, komediya personajları, opera partiyaları. 1929-cu ildə Moskvada kecirilən Otello və Hamlet rolları ifasının Ümummittifaq müsabiqəsində Şərifzadə birinci yeri tutmuşdur. Boyuk sənətkar həm də ilk rejissorlarımızdan sayılır. “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qacaq Kərəm” əsərlərini səhnələşdirmiş, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olmuşdur. Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. O, ilk milli kinorejissorumuz olmuşdur. Qudrətli sənətkar 1919-cu ildə Bakıdakı Mərkəzi fəhlə klubunda, sonralar Fəhlə-kəndli Turk Dram Dərnəyində həvəskarlar dəstəsinə rəhbərlik etmiş, bir sıra tamaşaların quruluşçu rejissoru olmuşdur. Abbas Mirzə Şərifzadənin təşəbbusu ilə həmin dərnəklərdəki həvəskarların bir çoxu peşəkar aktyorluğa gəlmişlər.Xidmətlərinə gorə “Azərbaycan Respublikasının Əməkdar artisti” (19 dekabr 1928) və “Xalq artisti “(1 fevral 1936) fəxri adlarına layiq görülmuşdur. Abbas Mirzə Şərifzadə 1937-ci ildə həbs olunmuş, 1938-ci il oktyabr ayının 19-da ona “casusluq fəaliyyətinə gorə” gullələnmə hokmu verilmişdir. Hokm noyabrın 16-da yerinə yetirilmişdir. Bakı küçələrindən biri və vaxtilə özünun sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbas Mirzə Şərifzadənin adını daşıyır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.