Əbdulqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi 1353-cü ildə Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olmuşdur. Orta əsrlərin bir cox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı.
O, Şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gozəl xanəndə, musiqici, bəstəkar, rəssam-xəttat və şair olmuşdur. Marağayi цz şeirlərini Azərbaycan turkcəsi, fars və ərəb dillərində yazmışdır. O, özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə almışdır. Onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdulqədir dord yaşında ikən “Quranı” əzbərləmiş, on yaşında musiqi elminin əsaslarını mənimsəmiş, qrammatika, ritorika və uslubiyyatı öyrənmiş və artıq onu da atası ilə birlikdə alim və şeyxlərin məclislərinə dəvət etməyə başlamışlar. O, məclislərdə “Quran” ayələrini avazla oxumuş və murəkkəb musiqi əsərləri ifa etmişdir. Teymurun Azərbaycana gəlişindən sonra, bir cox incəsənət xadimləri Səmərqəndə aparılmışdır. 1397-ci ildə Teymurun cıxardığı edam cəzasından canını qurtaran Marağayi də bunların siyahısına düşmüşdü. Elə həmin ildə Teymur ozunun fərmanı ilə başıbəlalı alimi “butun musiqi bilicilərinin padşahı” adlandırmışdı. Marağayi Səmərqənddə də yaradıcılığından almamış, yeni-yeni musiqi əsərləri və musiqişunaslıq risalələri yazmışdır. Onun “Kənz əl-əlhan” (“Melodiyalar xəzinəsi”) risaləsindəki melodiyalar Urməvinin hərfi-ədədi sistemi ilə verilmişdi. Burada hərflər səslərin yuksəkliyini, rəqəmlər uzunluğunu göstərir, ladın və vəznin adı isə melodiyanın ritm və quruluşunu bildirirdi. Marağayi öz musiqi risalələrininin əksər qismini fars dili və Azərbaycan turkcəsində yazdığı şeirlərlə tamamlamışdır. O, turk xalqlarının musiqisinə, xususilə aşıq musiqisinə böyük diqqət yetirmişdir. Alim oz əsərlərində doqquz əsas turk ladını və bütün Şərq xalqları üçün ümumi olmaqla türk musiqisində daha cox işlənən ladları muəyyənləşdirərək ayırmışdır. Marağayi ömrünün son illərini Heratda kecirmiş, 1436-cı ildə burada vəfat etmiş və dəfn olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.