XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Dekabr, 2013
Muzeyin Praqa sərgisinə hazırlıq işlərinə start verildi

Ötən il Prezident İlham Əliyevin Çexiyaya səfəri zamanı tərəflər arasında qarşılıqlı muzey sərgilərinin təşkili barədə razılıq əldə olunmuşdur. Nəticədə Çexiya Milli Muzeyi və Milli Azərbaycan Tarix Muzeyi arasında qarşılıqlı anlaşma barədə memorandum imzalanmışdır. Memoranduma əsasən 2013-cü ildə Bakıda Çexiya Milli Muzeyinin (ÇMM) “Çexiya süleyman daşı” adlı sərgisi böyük uğurla keçirilmiş, 2014-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) incilərindən ibarət sərginin Praqada keçirilməsi nəzərdə tutulmuşdur.


Praqada keçiriləcək sərginin təşkilinin texniki tərəflərinin müzakirəsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, baş mühafiz Məhfuzə Zeynalova və Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov Çexiyanın paytaxtında ezamiyyətdə olmuşlar.

MATM sərgisinin 2014-cü ilin payızında ÇMM-ın tərkib hissəsi olan Naprstka adına Asiya, Afrika və Amerika Xalqlarının Mədəniyyəti Muzeyində (AAAXMM)  keçirilməsi barədə razılıq əldə olundu. Həmçinin sərginin planı çex tərəfinə təqdim olundu. Sərgi üçün nəzərdə tutulan məkanın xüsusiyyətləri nəzərə alanıraq plan ətrafında müzakirələr aparıldı. Görüşlərdə MATM sərgisinin hazırlanması ilə bağlı mərhələlər, cavabdeh və əlaqəli şəxslər müəyyənləşdirilmiş, hər mərhələrinin icra vaxtı təyin olunmuş, tərəflər arasında müqavilənin ilkin variantı hazırlanmışdır.

MATM əməkdaşları Çexiya muzeyşünaslığının nailiyyətləri ilə tanış olmaq, yeni avadanlıq və təqdimat üsullarının öyrənmək məqsədilə AAAXMM fondları, eksponatların qorunma, bərpa və restavrasiya şəraitləri ilə tanış olmuş,  ÇMM-in yenicə açılmış “Pullar, ... dələduzlar”  sərgisində olmuşlar. Həmçinin Çexiya Xalq Tətbiqi Sənəti Muzeyi, Konopişte qəsri, Hərbi- Texniki Muzey, Praqa Şəhərinin Tarixi Muzeyi, Prajski Qrad, Prezident iqamətgahı, Müqəddəs Vitus kilsəsi, Kuklalar Muzeyi, Milli Qalereya, Hərbi Muzey, Çexiya Elmi-Texniki Muzeyinin, Vitkov dağında Milli -azadlıq kompleksinin ekspozisiyalarına da bxış keçirilmişdir. Ezamiyyət müddətində tarixi kitabların təqdimat mərasimi ənənəsi ilə tanışlıq da yeniliklər gətirmişdir.