XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Dekabr, 2013
Muzeyin yeni nəşri - Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlarla bağlı kitab- albom nəşr olunub

Milli Azərbaycan Tarixi Muzeyində yeni kitab işıq üzü görüb.  Belə ki, Muzeyin Köməkçi tarixi fənn materialları fondunun bonistika kolleksiyası əsasında  “Azərbaycanda kağız pul  nişanları və qiymətli kağızlar” la  bağlı kitab-albom dərc olunub ( Bakı, “Ziya”, 2013,96 s.).  Kitabın elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifləri muzeyin əməkdaşı, t.ü.f.d. Sənubər Qasımova və Muzeyin dissertantı Rövşən Əhmədovdur. 


Kitab-albomda Muzeydə saxlanılan, Azərbaycanda dövriyyədə olmuş və bu gün də işlədilən kağız pullar, səhmlər, istiqrazlar və digər qiymətli kağızlar təqdim olunur. Qeyd etmək lazımdır ki, Muzeyin bonistika kolleksiyası 2316 material, 10000 dublet kağız pul və qiymətli kağızları əhatə edir. Kitab-albomda təqdim olunan materiallar 1808-ci ildən başlayaraq  müasir dövrədək olan, Azərbaycan ərazisində istifadə olunmuş pulları əhatə edir. Kitab-alboma salınmış hər bir materialım fotoşəkilləri verilir, ölçüləri, xüsusiyyətləri göstərilir.

Kitab-albom mütəxəssislər, eləcə də Azərbaycan tarixi, Azərbaycanda baş vermiş iqtisadi-siyasi hadisələr, pul dövriyyəsi ilə maraqlananalar üçün nəzərdə tutlmuşdur.