XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Dekabr, 2013
İsrailin səfiri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində qonaq olmuşdur

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və müavini dekabrn 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində qonaq olmuşdur.Qonaqlar muzeyin ekspozisiya zalında Azərbaycanın qədim dövrlərdən başlayan maddi-mədəniyyət nümunələrinə baxmışlar.


Burada nümayiş etdirilən müxtəlif dövrlərə aid silahlar, sənətkarlıq nümunələri, əski kitablar və əlyazmalar qonaqların diqqətini cəlb etmişdir. Muzeydə nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Sonra qonaqlar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşlar. Nümayəndə heyətinə müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı olmuş Hacı Zeynalabdin Tağıyev haqqında məlumat verilmişdir. Xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar qonaqlar tərəfindən maraqla qarşılanmışdır.