XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2013
YAP Gənclər Birliyinin ofisində YAP sədrinin müavini, AMEA-nın prezidenti akademik Akif Əlizadə ilə görüş keçirib

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatının üzvləri iştirak ediblər.


Görüşü giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, təşkilat mütamadi olaraq gənclərin ölkəmizin nüfuzlu ictimai siyasi xadimləri həmçinin elm xadimləri ilə görüşlərini təşkil edir. Əsas məqsəd ölkəmizin müxtəlif istiqamətlər üzrə qazandığı uğurları gənclərimizə daha dərindən öyrətmək və gəncləri  maraqlandıran suallara cavab tapmaqdan ibarətdir. Akademik Akif Əlizadə ölkəmizin nüfuzlu elm adamlarındandır. Təbii ki, bu dəyərli insanla görüşmək, onun tövsiyyələrini gənclər üçün vacibdir. Akif Əlizadə gənclərlə görüşündən məmnun olduğunu bildirib.