XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2013
Bakı, Şirvan, Quba xalçaları haqqında yeni kataloq

Milli Azərbaycan Tarixi Muzeyində “Bakı, Şirvan, Quba xalçaları” adlı kataloq işıq üzü görmüşdür. (Bakı.”Ziya”.2013.176s). Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan kitabın mətninin müəllifi  sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovadır. Kataloq iki dildə (Rus-İngilis) çap olunub.


Muzeyin kolleksiyasında qorunan Bakı, Şirvan, Quba xalçalarına həsr edilmiş və gələcəkdə örnək olaraq istifadə ediləcək bu növ müfəssəl təsnifatlı nəşr muzey tərəfindən ilk dəfə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Milli Azərbaycan Tarixi Muzeyində qorunan, toxuculuğun  ən ibtidai növlərindən həsir, çətin, keçə və.s.dən başlayaraq, daha mürəkkəb xovsuz, xovlu xalçalar və xalça məmulatlarının ümumi sayı 700-ü keçir.

Muzeyin etnoqrafiya elmi fond şöbəsində Əfqanıstan, İran, İraq, Türkmənistan, Tacikistan, Özbəkistan, Almaniya, Rusiya Federasiyasının Kabardin-Balkar və Dağıstan Respublikaları, Moldova, Rumıniya, Belarusiya, Mali Respublikası və digər dövlətlərin rəsmi heyətləri tərəfindən hədiyyə kimi təqdim edilmiş xalçalar, Türkiyəyə aid olan bir neçə xalça da mühafizə edilir. Kataloqda Muzeyin kolleksiaysı barədə qısa məlumat verilir, kataloqa daxil olan hər eksponatın toxunma tarixi, inventar nömrəsi, ölçüləri göstərilir.