XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Dekabr, 2013
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan abidələr diyarıdır”mövzusuna aid açıq dərs keçirildi

Dərsdə Sabunçu rayonu Elxan Misirxanov adına 71 saylı orta məktəbin 5-ci sinif şagirdləri iştirak etmişlər.


71 saylı orta məktəbin müəlliməsi Solmaz Quliyeva Azərbaycan ərazisində yerləşən abidələrin tarixindən, Azıx mağarası, Xınalıq, Qobustan, Şəki xan sarayı və s. ulu keçmişimizdən bizə yadigar qalan abidələr barədə məlumatlandırdı.

Dərs zamanı slayd-film də göstərilmişdi. Dərs iştirakçılarına muzeyin nəşrlərindən ibarət hədiyyələr təqdim olunmuşdur.