XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Dekabr, 2013
Muzeydə “Napoleon Bonapart” mövzusunda açıq dərs keçirilmişdir

Milli Azərbaycan Tarixi Muzeyində “Napoleon Bonapart” mövzusunda açıq dərs keçirildi.


Azərbaycan tarixçiləri ictimai birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə görkəmli Fransa dövlət xadimi və sərkərdə Napoleon Bonapart haqqında məlumat vermişdir. Maraqlıdır ki, dərs şagirdlərə "Oriqami+tarix”metodikası ilə çatdırılmışdır. Həmçinin dərs zamanı slayd-film  nümayiş olunmuşdur. Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.