2013-cü il dekabrın 24-də Milli Elmlər Akademiyasında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Şəmkir: arxeoloji qazıntılar və artefaktlar” kitabının təqdimatı keçirildi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə nəşr olunmuş bu kitabın müəllifləri tarix elmləri doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktorları Rəşid Bəşirov, Namiq Hüseynli və memar Rəsulağa Mirzəyevdir.
Kitab orta əsr Şəmkir şəhərininarxeoloji tədqiqinin nəticələrinə həsr olunub. Kitabın I hissəsində orta əsr Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar haqqında məlumat verilir, hər bir qazıntı sahəsi səciyyələndirilir, üzə çıxarılmış, uçmaq təhlükəsi altında olan tikintilərdə aparılmış konservasiya işlərindən bəhs olunur. Kitabın II hissəsi kataloq xarakteri daşıyır, aşkar olunmuş maddi mədəniyyət nümunələri - əmək alətləri, silahlar, məişət və inşaatda işlədilən dəmir, mis və tuncdan müxtəlif təyinatlı əşyalar, şirli və şirsiz saxsı qablar, fayans məmulatı, inşaat keramikası, şüşə qablar, pəncərə şüşəsi, daş məmulatı, bəzək əşyaları, numizmatik ve epiqrafik tapıntılar təqdim olunur.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru,akademik Nailə Vəlixanlı, Elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, Həbibə Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, şöbənin əməkdaşı Aidə İsmayılova, Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşları İnarə Muradəliyeva, Nüşabə Əsədova iştirak etmişdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.