XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Dekabr, 2013
Muzeyin əməkdaşları AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında iştirak etdilər

Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın rəyasət heyətinin 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə və təşkilatda gənc alim və mütəxəssislər şuraları yaradıldığını və bu qurumlara sədrlərin seçildiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu daha da artırmaqdır.Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin on doqquz əməkdaşı iştirak etmişdilər.