Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva Türkiyənin Samsun şəhərində keçirilən “Keçmişdən bugünə: Şəhər və qadın” adlı V Beynəlxalq Simpoziumda iştirak edib.
Samsun şəhəri Canik bələdiyyə rəhbəri Osman Gencin sədrliyi və prof. Osman Kösenin təşkilatçılığı ilə keçirilən tədbirdə Nərgiz Əliyeva “XIX-XX əsrlərdə azərbaycanlı qadın geyimlərində milli-dini dəyərlər”, mövzusunda məruzə ilə çıxış edib.
Simpoziumun bağlanış mərasimində N.Əliyeva Azərbaycan multikulturalizmi ilə bağlı çıxış edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini söyləyən alim Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verən Azərbaycan alimi qurumun dörd kitabçada yer alan dəyirmi masa materiallarını Osman Gəncə təqdim edib.
Tədbirdə növbəti il keçiriləcək simpoziumun “Şəhər və çoxmədəniyyətlilik” mövzusunda olmasını təklif edilib. Bu təklif Təşkilat komitəsi, yerli və xaricdən gələn alimlər tərəfindən olduqca müsbət qarşılanıb.
N.Əliyeva səfər çərçivəsində yerli “A” kanalına müsahibə də verib.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.