Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) H.Zərdabi adına Azərbaycan Milli Təbiət Tarixi Muzeyinin yaradılması ikə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da milli-mənəvi dəyərlərin qorunması ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına uyğun prioritet elmi istiqamət kimi müəyyən edilib. Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, Təbiət -Tarixi Muzeyinin əsası 1920-ci ildə qoyulub. Hazırda muzeyin işinin təkmilləşdirilməsi, qabaqcıl maarifləndirmə sisteminə malik ölkələrin təcrübəsinə əsaslanaraq müasir tələblərə uyğun qurulması böyük ehtiyac duyulur. İclasda AMEA-nın nəzdində yaradılması nəzərdə tutulan H.Zərdabi adına Milli Azərbaycan Təbiət Tarixi Muzeyinin Əsasnaməsi təsdiq edilib.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.