XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Dekabr, 2013
“Bp-Azərbaycan” şirkəti muzeylərə “açıq qapı” kampaniyası keçirir

“Bp-Azərbaycan” şirkətinin sponsorluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə 10 günlük “açıq qapı” kampaniyası keçirilir.


Şirkətdən AzərTAc-a bildirmişlər ki, qış tətili müddətində bu kampaniyadan məktəblilər, tələbələr, bütün Bakı sakinləri və qonaqlar faydalana bilərlər.
“Açıq qapı” günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçirilir. Bundan əlavə, kampaniya ərzində muzeylərə bələdçi ilə turlar da təşkil olunacaqdır.