XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Yanvar, 2014
“20 yanvar – hüzn və qürur günü” adlı sərgi keçiriləcək

2014-cü il yanvarın 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 yanvar – hüzn və qürur günü” adlı sərginin açılış mərasimi keçiriləcək.


Sərgidə 20 yanvar şəhidlərinə məxsus olmuş əşyalar, həmçinin sənədlər nümayiş olunacaq, “20 yanvar gecəsi”, “Müstəqilliyimiz əbədidir və dönməzdir” installyasiyaları, eləcə də müxtəlif illərdə Muzeyə hədiyyə olunmuş “20 yanvar” xalçası və “20 yanvar” rəsm əsəri təqdim olunacaq.

Tədbirdə 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunacaq, həmçinin 20 yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində tutduğu yerdən söhbət açılacaq; “İrs-Наследие” beynəlxalq jurnalının 20 yanvar faciəsinə həsr olunmuş və xarici dillərdə çap olunan jurnal nömrələri paylanacaq.

Tədbirə respublikanın müvafiq dövlət idarələrinin nümayəndələrinin, alimlər, tədqiqatçılar, ali təhsil ocaqlarının müəllim və tələbələri, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.

         Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında 16 yanvar 2014-cü il tarixində saat 16.00-da başlanacaq. Tədbirə giriş sərbətsdir.

         “20 yanvar – hüzn və qürur günü” sərgisi martın 1-dək fəaliyyət göstərəcək.

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4

Telefon: (994 12) 598 17 46

Faks: (994 12) 498 52 11

E-poçt: aztarmuzey@azhistorymuseum.az