XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Aprel, 2016
Muzeydə antik eksponat bərpa olunub

Qədim və zəngin tariximizin əyani sübutu olan eksponatlar zamanın təsirindən öz görkəmini itirib korroziyaya məruz qalır. Milli Azərbaycan Tarixi Muzeyində e.ə.VI-V əsrlərə aid olan qədim üzük bərpa olunub.


Bərpa laboratoriyasında tunc üzüyün oksidləşmiş qatı kimyəvi məhlulların köməyi ilə təmizlənib və xüsusi maddə ilə konservasiya olunub.

Onu da qeyd edək ki, ikinci nəfəs verilən eksponat 2015-ci ildə Şəmkirdə İlyastəpədə aparılan arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeyin nadir incilərindən olan qiymətli metal konservasiya olunduqdan sonra Arxeologiya fonduna təhvil verilib. Konservasiya işi Muzeyin bərpaçı-mütəxəssisi Təhsib Zəvərli tərəfindən həyata keçirilib. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/