XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Yanvar, 2014
Muzeyin yeni nəşri – konfrans materialları

Muzeydə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” III Respublika elmi konfransının materialları nəşr olunmuşdur (Bakı, “Ziya”, 2013, 271 s.).


Məsul redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan topluda respublikanın tanınmış muzeyşünasları, tarixiçi, arxeoloq, etnoqraf və kulturoloq alimlərinin məqalələri dərc olunmuşdur. Topluda nəşr olunmuş 50-dən çox məqalə oxuculara azərbaycan və rus dillərində təqdim olunub.