XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Yanvar, 2014
“Biz Azərbaycanlıyıq” gənclərin yaradıcılıq müsabiqəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Biz Azərbaycanlıyıq” gənclərin yaradıcılıq müsabiqəsi layihəsi artıq yekunlaşmışdır.


Layihə müasir dünyamızda öz yeri və rolu olan Azərbaycanı hazırkı zirvəyə ucaldan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsinin gənclər arasından təbliğinə xidmət edir. Layihənin əsas ideyasını gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək olmaq və bunun üçün “Azərbaycan gəncliyi” 2011-2015-ci illərdə Dövlət Proqramından irəli gələrək Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq Məfkurəsini gənclər arasında təbliğ etmək təşkil edir. Layihənin rəhbəri Sərraf Hüseynov bildirmişdir ki, layihə çərçivəsində Azərbaycançılıq məfkurəsininin vacibliyini, onun müstəqil dövlətmizin inkişafında rolunu ifadə edəcək videorolik və buketlər hazırlanmışdır. Kitab YAP Gənclər birliyinin Ofisində təqdim edilmiş və kitabda yazıları çap edilən gənclərə təşəkkürnamələr təqdim edilmişdir. Kitab Gənclər birliyinin Ofisində layihə rəhbəri tərəfindən AMEA nın YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşilatına təqdim olunmuşdur. Bütün gənclərmizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.