Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il yanvarın 30-da Muzey tərəfindən 2013-cü il ərzində nəşr olunmuş kitabların təqdimatı keçiriləcək.
Təqdimatda respublikanın tanınmış muzeyşünasları, muzey əməkdaşları, tarixiçiləri, arxeoloq və etnoqrafları, restavrasiya üzrə mütəxəssislərin, kitab satış mərkəzləri rəhbərlərinin iştirakı gözlənilir. kitabları , kitab-albomları, kataloqları, məqalələr toplusu, nümayiş olunacaq.
Təqdim olunacaq əsərlər: Monoqrafiyalar: “В.Самедов. Каспийский Нефтеналивной флот (1874-1917)”; Kitablar: “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”; Məqalə topluları: “Milli Azərbaycan Tarixi Muzeyi -2013”; “Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi”; “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” III Respublika Elmi Konfransının Materialları”; “Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar fondu”nun biblioqrafik göstəricisi (1728-1860). I tom”; “XIX əsr -XX əsrin birinci yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri”; Muzey kataloqları: “Əziz Əliyev”; “Qarabağ Xalçaları”; “Bakı, Şirvan, Quba xalçaları”; “Azərbaycan süfrəsinin mis qabları”; “Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar”; “Bakının teatr həyatı”; “Azərbaycanın Arxeoloji Qızıl və Gümüş Əşyaları”.
Təqdimat 2014-cü il yanvarın 30-u saat 11.00- da Milli Azərbaycan Tarixi Muzeyin Konfrans zalında keçiriləcək, giriş sərbəstdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.