Yanvarın 30–da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Muzey tərəfindən 2013-cü il ərzində nəşr olunmuş kitabların təqdimatı keçirilmişdir.
Təqdimatda AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Turizm institutunun rektoru Cəfər Cəfərov respublikanın tanınmış muzeyşünasları, muzey əməkdaşları, tarixiçiləri, arxeoloq və etnoqrafları, restavrasiya üzrə mütəxəssisləri, kitabxana işçiləri, kitabsevərlər, “Xəzər” Universitetinin müəllim və tələbələri, KİV nümayəndələri iştirak etmişlər. Təqdimatda kitablar, kitab-albomları, kataloqları, məqalələr topluları ümumilikdə 17 adda nəşr nümayiş olundu. Tədbiri açan muzeyin direktoru akademik Nailə Vəlixanlı Muzeyin nəşrlərini sadalamış, nəşrlərin əhəmiyyətindən danışmışdır.Tədbirdə Elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, Elmi-fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalova, Ekspozisiya şöbəsinin əməkdaşı Fidövsiyə Əhmədova çıxış edərək Muzeyin elmi kitabları, kataloqları, məqalələr topluları barədə ətraflı danışmışlar. AMEA-nın Vitse-prezidenti akademik İsa Həbibbəyli öz çıxışında Milli Azərbaycan Tarixi Muzeyin mədəniyyət ocağı olması ilə bərabər elmi təşkilat olmasını vurğulamış,burada aparılan tədqiqat işlərindən danışmışdır. O həmçinin Muzey nəşrlərinin tədqiqatçılara böyük kömək oımasını,fondlarda qorunan materialların geniş ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini qeyd etmişdir. Tədbirdə həmçinin Azərbaycanın Şən və Hazırcavablar klubunun KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov çıxış edərək “Planet-Parni iz Baku” teatrının materiallarının “Bakının teatr həyatı” kataloquna salınmasına görə təşəkkürünü bildirmişdir. Tədbirin sonunda qonaqlara kitablar eləcə də “İRS-Наследие” jurnalının nömrələri paylanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.