XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Fevral, 2014
20 yanvar şəhidi Məmmədov Səxavətə məxsus əşyalar muzeyə hədiyyə olundu

Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvarla bağlı sərgi davam edir. Bununla bağlı olaraq yeni bir material muzeyə təqdim edilmişdir.


20 yanvar şəhidi Məmmədov Səxavətə məxsus olan əşyaları, həyat yoldaşı Şəhla Məmmədova  tərəfindən  hədiyyə olunmuşdur. Bunların sırasında komsomol bileti, sürücü vəsiqəsi, yazı kitabçası (əlyazması), altı ədəd foto şəkil vardır. Ş.Məmmədova həmçinin o qanli yanvar günlərində Bakı küçələrindən yığılmış güllə gilizlərini Muzeyə hədiyyə etmişdir. Təqdim olunan materiallar Azərbaycan tarixinin hüznlü və eyni zamanda şərəfli səhifələrini işıqlandıran eksponatlar kimi Muzeydə qorunacaq.

20 yanvarla bağlı materialların toplanılması davam etdirilir. Hal hazırda Muzeydə 200 dən çox material qorunub saxlanılır.