Milli Azərbaycan Tarixi Muzeyində M.Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan dövlətçiliyi tarixində M.Ə Rəsulzadənin rolunu dəyərləndirmişdir. Daha sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətini işıqlandıran məruzələr dinlənilmişdir.
M.Ə. Rəsulzadənin ictimai-siyasi baxışlarının formalaşmasından bəhs, onun publistikasında islam maarifçiliyinə münasibət Əli Fərhadovun çıxışında əsas yer almışdır. Fuad Ağayev M.Ə. Rəsulzadə İran inqlabı dövründəki fəaliyyətindən geniş bəhs olunmuşdur. Türk aləmi – Müsavat partiyasının fəaliyyəti, Cümhurriyyət dövründə M.Ə. Rəsulzadənin diplomatik fəaliyyəti Fikrət Bağırovun çıxışında öz əksini tapmışdır. T.ü.f.d. Firdovsiyyə Əhmədova M.Ə. Rəsulzadənin ictimai-siyasi baxışlarının formalaşmasında təkamül xəttini təhlil etmiş, M.Ə. Rəsulzadənin Azərbaycan Milli Şurasının sədri Parlamentdə “Müsavat” partiyasının sədri və Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirət dövrü fəaliyyətindən danışmışdır. M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən video material nümayiş etdirilmiş, onun “Amerikanın səsi” radiosu ilə çıxışı diqqətlə dinlənilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.