Azərbaycan tarixi ilə daim maraqlanan, yeni-yeni tarixi eksponatlar axtarışında olan Sevil İsmayıl qızı Hacıyeva Muzeyə XX əsrin əvvəllərinə aid bır sıra tarixi eksponatlar hədiyyə etmişdir.
Bunların sırasında uzun illər Şamaxıda ədəbiyyat müəllimi işləmiş İsmayıl Əhmədova məxsus olmuş 1911-12-ci illər “Məktəb” jurnalı, “Babayi-Əmir” satirik jurnalın 1314-15-ci illər (hicri) nüsxələri, “Molla Nəsrəddin” jurnalının 1927-ci ilə aid nömrələri, eləcə də XX əsrin əvvəllərinə aid doğum sənədi, kəbin sənədi, müxtəlif kursların bitirilməsi haqqında şəhadətnamələr vardır. Həmçinin XX əsrin 20-30-cu illərində Şıxızadə Böyükxanım tərəfindən tikilmiş tikmə nümunələri də Muzeydə hədiyyə olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.