XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Fevral, 2014
Muzeyə 20 yanvar hadisələrinə həsr olunmuş rəsm əsərləri hədiyyə olunmuşdur

Milli Azərbaycan  Tarixi Muzeyində davam edən “20 yanvar-hüzn və qürur günümüz” sərgisi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.


Artıq neçə-neçə vətəndaş qanlı yanvar hadisələri ilə bağlı yeni-yeni tarixi materialları Muzeyə təqdim etmişdir

Bu günlərdə rəssam, heykəltaraş Vahid Məmmədov tərəfindən çəkilmiş 9 rəsm əsəri  Muzeyə hədiyyə olunmuşdur. Yağlı boya ilə çəkilmiş rəsmlərdə 20 yanvar şəhidlərinin portretləri, qanlı gecədə baş verənlər, şəhidlərin dəfn mərasimi əks olunmuşdur.

Hədiyyə olunan rəsmlər də sərgidə nümayiş etdirilir. Xatırladaq ki, “20 yanvar-hüzn və qürur günümüz” sərgisi martın 1-dək davam edəcək.