XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Fevral, 2014
Muzeydə Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan sahibkarı və xetriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyta və fəaliyyətinə həsr olunmuş açıq dərs keçirildi.


Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun rəhbərliyi ilə UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə Azərbaycan xalqının rifahının yüksəlməsi, maariflənməsi üçün əlindən gələni əsirgəməmiş, ölkəmizdə təhsil və mədəniyyət ocaqlarının açılmasına, Azərbaycan tələbələrinin xaricdə təhsil almasına böyük vəsait ayırmış, səy göstərmiş xeyriyyəçinin həyat yolu, gördüyü işlər barədə ətraflı məlumat verilmişdir. Pedaqoq Cəmilə Tahirzadənin apardığı dərs həmçinin XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş siyasi şərait, ictimai mühit barəsində də məlumat verilmişdir. Daha sonra uşaqlar H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olmuşlar.

 

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.