XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Fevral, 2014
“İrs-Наследие” beynəlxalq jurnalının yeni nömrəsində “Qədim və orta əsrlərdə Azərbaycanda neftçıxarma ” adlı məqalə çap olunub

Rus  dilində çap olunan “İrs-Наследие” beynəlxalq jurnalının növbəti buraxılışında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Məhfuzə Zeynalovanın “Qədim və orta  əsrlərdə Azərbaycanda neftçıxarma” adlı məqaləsi dərc olunub (“İrs-Heritage”, 1(67), 2014, s.32-37).


Azərbaycanda neft hasilatının  tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Məqalədə müəllif səyyahların, tarixçi- salnaməçilərin, coğrafiyaşünas alimlərin məlumatlarına əsaslanaraq Azərbaycanın  sərvəti olan neftin hansı formada çıxarılmasından , istifadəsindən və idxalından  məlumat verir.  Məqalədə təqdim olunan foto materialların bir qismi Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fondunda qorunur.

 Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar