Rus dilində çap olunan “İrs-Наследие” beynəlxalq jurnalının növbəti buraxılışında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Məmməd Məmmədovun “İlk azərbaycanlı hərbi həkimləri” adlı məqaləsi dərc olunub (“İrs-Heritage”, 1(67), 2014, s.38-43).
Məqalədə verilən tarixi materiallardan aydın olur ki, artıq birinci dünya müharibəsi ərəfəsində müvafiq ali məktəbləri bitirmiş ilk azərbaycanlı hərbi həkimləri rus ordusunda qulluq edirdilər. Bunlardan Mustafa Mahmud oğlu Hacıqasımov, Əli Muxtar Əliyev, Əli bəy Əlibəyov, Firuz Ordubadlı, Əli Heydər Allahverdiyev müharibənin Qərb və Cənub-Qərb cəbhələrində xidmət etmiş, sanitar qatarları, hərbi hospital rəisləri və baş həkimləri vəzifələrinədək yüksəlmiş, yüzlərlə yaralıya kömək göstərmişlər. Məqalədə hərbi həkimlərin təhsil illəri, hərbi xidmətləri, sonrakı taleləri haqqında da maraqlı məlumatlar verilmişdir. Məqalədə təqdim olunan foto materiallar Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fondunda qorunur.
Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.