XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Mart, 2014
Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” başlayır

Martın 15-də Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” sərgisinin açılış mərasimi keçiriləcəkdir.


Mərkəzdən AzərTAc-a bildirmişlər ki, sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcəkdir.
İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaqdır. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.
Sərgidə nümayiş olunacaq silah və zirehli geyimlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir.
“Silahların əfsanəsi”nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.
Bu kolleksiya indiyədək Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilmişdir. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə etmişdir.