XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Mart, 2014
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Ağa Musa Nağıyevə həsr olunmuş konfrans keçirildi

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 165, vəfatının 95 illiyinə həsr olunmuş konfrans keçirildi.


Tədbiri giriş sözü ilə açan  Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyin sədri Dilarə Nağıyeva qonaqları salamladı. Tədbirdə tanınmış mesenat A.M. Nağıyev haqqında Nağıyevanın iştirakı ilə hazırlanmış filmlə yanaşı onun tikdirdiyi binalar haqqında slayd-film nümayiş olundu. Həmçinin tədbirdə mesenat haqqında da nəşr olunmuş kitablar barədə danışıldı. Tezliklə “Nurlu əməllərin sönməyən işığı” adlı kitabın işıq üzü görəcəyi qeyd olundu. Sonda qonaqlar mesenatın xatirəsinə həsr olunmuş furşet masasına dəvət olundular.