XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Mart, 2014
Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi haqqında yeni kitab

Milli Azərbaycan Tarixi Muzeyində yeni “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə)” adlı kitab işıq üzü görmüşdür.


Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan kitabın müəllifi Muzeyin Numizmatika fondunun müdiri, Əməkdar mədəniyyət işçisi, tariх elmləri dоktоru, prоfessоr Əli Rəcəblidir. Katabda Səfəvi dövlətində XVI-XVIII əsrin əvvəlinə dair olan zərbxana işi araşdırılır. Kitab Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunub və saxlanılan numizmatik materiallar əsasında tərtib olunub. Azərbaycan Respublikasının müxtəlif bölgələrində tapılan sikkələr Səfəvilər dövlətinə dair kitabda öz əksini tapmışdır. Nadir və maraqlı sikkələrin şəkilləri kitabda nümayiş olunur. Kitabda həmçinin Səfəvilər dövlətinin pul-sikkə, sikkə zərbi və dövriyyəsi haqqında geniş məlumat verilib.