XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Mart, 2014
Lənkəran şəhərində Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən Xan evində əsaslı təmir və bərpa işləri aparılır

Tarix Diyarşünaslıq Muzeyi AzərTAc xəbər verir ki, təmir və bərpa işlərinə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun planı əsasında ötən ilin noyabrında başlanmışdır. Təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.


 Bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanılmaqla yanaşı, burada su-kanalizasiya, istilik, işıqlandırma və havalandırma sistemləri də qurulacaqdır. Memarlıq abidəsində təmir və bərpa işləri başa çatdıqdan sonra burada müasir standartlara uyğun muzey fəaliyyət göstərəcəkdir.