XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Mart, 2014
Tbilisidəki muzeydə Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində toxunmuş xalçaların sərgisi təşkil olunmuşdur

 Xalçaların sərgisi Tbilisidəki M. F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin şəkil qalereyasında Gürcüstan azərbaycanlılarının yaşadıqları bölgələrdə yerli sənətkarlar tərəfindən toxunmuş xalçaların sərgisi açılmışdır. Sərgi ABŞ-ın “ReWoen” şirkətinin təşəbbüsü ilə təşkil olunmuşdur.


Sərginin açılışında xalçaları toxumuş el sənətkarları da iştirak etmişlər. Xalçalar əsasən Saqareco rayonundakı Qaraçöp mahalında, Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar, Bolnisi rayonundakı Faxralı və Kəpənəkçi kəndlərində toxunmuşdur.Sərginin təşkilatçısı Rein Smit demişdir ki, tədbirdən məqsəd itib-batmaqda olan bu el sənətini yaşatmaq, çox maraqlı peşənin gənc nəslə ötürülməsi üçün lazımi işlər görməkdir. O, həmçinin qeyd etmişdir ki, gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi, xalçaların sərgi-satışının təşkil olunması da planlaşdırılır.

İslam Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi