XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Mart, 2014
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasına yeni avadanlıq alındı

Bərpa laboratoriyasına yeni avadanlıqAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə MATM Bərpa laboratoriyası dünyanın ən müasir avadanlıqları ilə təchiz olunmuşdur. Belə ki, Arxeoloji parça, qədim kağız, perqament, dəri məmulatlarının vakuum təmizləyicisi, bütün növ metalları üçün mikro qaynaq apparatı, ultrasəs təmizləyicisi, video mikroskop, piezo təmizləyici, vakuum cihazları alınmışdır.


Bərpa və konservasiya sahəsində, dünyanın ən qabaqcıl laboratoriyalarında uğurla sınaqdan keçmiş cihazlar əsasən İngiltərə və İtaliyada araşdırma mərkəzlərinin istehsalıdır. Bu avadanlıqlar vasitəsilə metal, ağac, keramika, arxeoloji tekstil, kağız məmulatlarının bərpa və konservasiya işlərinin keyfiyyəti daha da artacaq. Qeyd etmək lazımdır ki, yeniliklər həm də bərpa və konservasiya işlərində kimyəvi maddələrə də aiddir. Əvvəllər Bərpa laboratoriyasında istifadə olunan kimyəvi maddələr, Avropadan gətirilmiş maddələrlə əvəzləndi. 25 adda kimyəvi maddələr gətirilib, bunlar bütün növ muzey eksponatları bərpası üçün nəzərdə tutulub.

 

Yeni avadanlığın sayəsində Azərbaycan tarixini əyani nümayiş etdirən eksponatların qorunma şəraitini yaxşılaşdıracaq.