AMEA Rəyasət Heyətində Humanitar və İctimai Elmlər Bölməsinin ümumi iclasında 2014-cü ildə Humanitar və İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində elmlər doktoru hazırlığı üzrə doktoranturaya, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri haqqında məsələlərə baxılmışdır.
2014-cü ildə Milli Azərbaycan Tarixi Muzeyi üzrə dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 1 nəfər (Dadaşov Emin) qəbul olunmuş, doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə isə 2 nəfər (Vahabova Sevinc, Quluzadə Nasir) qəbul olunmuşdur. İclasda qəbul olunmuş doktorantların və dissertantların mövzuları müzakirə edilərək təsdiq olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.