XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Aprel, 2014
"Kəşfül-həqayiq" əsəri yenidən nəşr edildi

"Kəşfül-həqayiq" əsəri1904-1918-ci illərdə Bakı qazısı olmuş Mir Məhəmməd Kərim əl-Bakuvinin 1904-1906-cı illərdə Tiflisdə nəşr olunmuş 3 cildlik "Kəşfül-həqayiq" əsəri - Quranın azərbaycanca ilk təfsiri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov tərəfindən ərəb qrafikasından latın qrafikasına transliterasiya edilərək, müasir Azərbaycan dilinə çevrilib və "İpəkyolu" nəşriyyatı, "Şərq-Qərb" mətbəəsi tərəfindən nəşr edilib.


Nəşrin baş məsləhətçisi Şeyxülislam Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb. Kitabın I cildi 552 səh., II cildi 528 səh., III cildi 693 səh.-dir.