XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Aprel, 2014
Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan I Dünya müharibəsi illərində” bölməsinin yenidən qurulması istiqamətində işlər tamamlanmaq üzrədir

“Azərbaycan I Dünya müharibəsi illərində” bölməsi2014-cü ildə bəşəriyyət o dövrki tarixində analoqu olmayan I dünya müharibəsinin başlanmasının 100 illiyini qeyd edir. Azərbaycanın bu müharibədə iştirakı və, eyni zamanda, müharibənin Azərbaycana təsiri ilə bağlı yeni tarixi araşdırmalar, aşkar olunmuş yeni eksponat və fotoşəkillər Muzeyin daimi ekspozisiyasında “Azərbaycan I Dünya müharibəsi illərində” bölmənin yenidən qurulması ehtiyacını yaratmışdır.


Bölmə yeni görünüşdə 13 ədəd divar informasiya paneli, 2 vitrindaxili informasiya paneli, 4 vitrin, 1 sensor kompyuterindən ibarətdir. Burada ümumilikdə 197 eksponat və fotoşəkil, 1 tamölçülü fiqur, 1 rəsm əsəri nümayiş olunur. Müqaisə üçün qeyd edək ki, 2007- 2013-cü illərdə “Azərbaycan I Dünya müharibəsi illərində” bölməsində 4 informasiya paneli, 4 vitrin, 97 eksponat və fotoşəkil mövcud idi. Ekspozisiyada əks olunan yeniliklər barədə saytımızın səhifələrində mütəmadi olaraq məlumat veriləcək. “Müharibənin başlanması və Azərbaycan” adlı informasiya panelində müharibənin başlanması dövründə Azərbaycanda mövcud olmuş vəziyyət barədə məlumat veriləcək.

 

“Azərbaycan I Dünya müharibəsi illərində” bölməsi “Azərbaycan I Dünya müharibəsi illərində” bölməsi “Azərbaycan I Dünya müharibəsi illərində” bölməsi