4-10 aprel 2014-cü ildə Bosniya və Hersoqovina Respublikasının paytaxtı Sarayevo şəhərində keçirilən “II Beynəlxalq Türk Sənətləri, Tarixi və Folkloru Konfransı” adlı Beynəlxalq Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva məruzə ilə çıxış etmişdir. Beynəlxalq Sarayevo Universtetinin (Bosniya və Hersoqovina), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan)
səyləri ilə təşkil olunan və Beynəlxalq SarayBosna Universitetində keçirilən konfransda əsasən türkdilli ölkələrin alimləri iştirak etmişdir. Simpoziumda Azərbaycan, Özbəkistan, Makedoniya, Tatarıstan (Rusiya), Qazaxıstan, Türkmənistan, Moldova (Qaqavuz), Türkiyənin Kayseri, Bursa, İzmir, Konya, Adana, Əskişəhər, Qocaeli, Sakarya, İstanbul şəhərlərindən olan tədqiqatçılar türk sənətininin, tarixinin və folklorunun keçmiş və müasir durumu və inkişaf perspektivləri və dünya xalqları ilə yaranacaq əlaqələr, təbliğ və reklamları haqqında dərin məzmunlu və çox maraqlı məruzələrlə çıxış etdilər. Məruzələr tezis şəklində nəşr edilmiş və iştirakçılara paylanmışdır.
H.Əliyevanın “Azərbaycanda qədim Türk izləri arxeoloji və epiqrafik abidələrdə” məruzəsi slaydın nümayiş ilə müşayət olunurdu. Məruzədə Milli Azərbaycan Tarixi Muzeyində qorunan arxeoloji materialların hələ b.e.ə. türk xalqlarına mənsub olması və bu ərazilərdə türk xalqlarının məskunlaşmaları, epiqrafik abidələrdə bizim ilə torpaq iddiasında olan erməni xalqına məxsus bir ismin belə olmaması tarixi baxımdan təhlil edilmiş, onlar haqqında geniş məlumatlar il yanaşı, həmçinin 1988-1992-ci illərdə Ermənistanın hərbi müdaxiləsi və antitürk siyasəti nəticəsində 20 % torpaqları işğal altında qalan bölgələrimizdəki mədəniyyət mərkəzləri ilə bahəm, qədim Azərbaycan torpağı sayılan Zəngəzurun Urud kəndindəki məzar daşları və qoç qəbir daşlarının məhv edilməsi və ortak türk mədəniyyətinə aid maddi mədəniyyət abidələrimizin xarici ölkələrə daşınması haqqında iştirkçılara geniş məlumatlar verilmişdir.
H.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin adından Bosniya və Hersoqovina Respublikasından Beynəlxalq SarayBosna Universitetinin, Türkiyə Cumhuriyyətindən Səlcuk Universitetinin kitabxanalarına Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşr olunmuş kitab-albomlarını, muzey eksponatlarından ibarət broşürləri hədiyyə etdik və tarixi mövzularda müxtəlif kitablar hədiyyə etmişdir.
Sonda konfrans iştirakçılarına sertifikat təqdim olunmuşdur.
Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.