XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Aprel, 2014
Muzeydə Yaponiya samuraylarına həsr olunmuş açıq dərs keçirildi

Yaponiya samuraylarına  həsr olunmuş açıq dərs Milli Azərbaycan Tarixi Muzeyində Yaponiya samuraylarına həsr olunmuş açıq dərs keçirildi. Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi dərsdə Yaponiya feodalizm dövrünün xüsusiyyətlərində olan samuraylarla bağlı sənədli material təqdim edildi.


Samuraylar sinfinin  tarixindən, onların Yaponiyanin dövlətçilik tarixində oynadıqları rol haqqında şagirdlərə danışılmışdır.

 

 Dərsin sonunda mövzuyla bağlı  sorğu vərəqələri paylanmışdır.

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.