XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Aprel, 2014
“Naxçıvan rus rəssamı İ.P.Şeblıkınin əsərlərində” adlı məqalə dərc olunub

“Naxçıvan rus rəssamı İ.P.Şeblıkınin əsərlərində” adlı məqalə“İRS- Наследие” beynəlxalq jurnalının rus versiyasının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədovun “Naxçıvan rus rəssamı İ.P.Şeblıkınin əsərlərində” adlı məqaləsi dərc olunub (“İrs- Наследие”, 2 (68), 2014, s.18-22).


Məqalədə XX əsrin 30-40-cı illərində Naxçıvanda olmuş tanınmış rus rəssam, arxeoloq və restavratoru İ.P.Şeblıkınin Naxçıvana həsr olunmuş rəsmlər haqqında məlumat verilir. Qeyd etmək lazımdır ki, İ.Şeblıkinin əsərləri Azərbaycan tarixinin öyrənilməsində xüsusi yer tutur. Burada tanımış abidlərin təsvirlərindən başqa günümüzə qədər gəlub çatmamış rəsmlər də mövcuddur. Məqalədə söhbət açılan rəsmlər Milli Azərbaycan Tarixi Muzeyinin İncəsənət Fondunda qorunur.

 

Məqalənin tam mətni ilə “Muzey KİV-də” bölümündə tanış olmaq olar.