Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində "Göytəpə Arxeoloji Parkı"nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilmişdir.
Tədbirdə Muzey adından Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Arxeologiya Fondunun müdiri, t.ü.f.d. Nasir Quluzadə, Muzeyin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov iştirak etmişlər.
Tədbiri AMEA-nm vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq abidənin tarixi əhəmiyyətindən danışmışdır. Xatırlatmışdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2012-ci ildə qərb bölgəsinə səfəri zamanı, Göytəpə neolit dövrü abidəsinin ilkin tədqiqat nəticələri ilə tanış olmuş, onun əsaslı öyrənilməsi məqsədi ilə "AMEA yanmda Göytəpə Arxeoloji Parkı"nm yaradılması haqqmda sərəncam imzalamışdır. Akademik arxeoloji kompleksin ictimaiyyətdə maraq oyatdığını, bu yolla qədim dövr insanlarmın həyat və fəaliyyətlərinin, gündəlik yaşam tərzlərinin daha aydm şəkildə başa düşüldüyünü vurğulamışdır.
Sonra "Göytəpə Arxeoloji Parkı"nın ekspedisiya qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quli}'ev, Türkiyədən dəvət olunmuş İstanbul Universitetinin professoru Mehmet Özdoğan və İstanbul Texniki Universitetin Memarlıq fakültəsinin dossenti Zeynəb Eres çıxış etmişlər. Bildirilmişdir ki, Tovuzda yerləşən Göytəpə neolit dövrü yaşayış məskəni Azərbaycanm və regionun tarixində, həmçinin erkən sivilizasiyalarm araşdırılması istiqamətində böyük əhəmiyyətə malikdir. Görüşdə arxeoloji parkm yaradılmasmm zərurətindən, layihənin Azərbaycanda turizmin inkişafındakı rolundan da danışılmışdır.
Təqdimatda maddi mədəniyyət nümunələrini əks etdirən muzey - sərgi zalı, yeni yaradılacaq Neolit kəndi və turistlərin ziyarəti üçün nəzərdə tutulmuş tikililərin illkin formaları nümayiş etdirilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.