XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Aprel, 2014
“Azərbaycanda tapılmış, qədimdən istifadə olmuş xarici sikkələr” adlı məqalə dərc olunub

“İRS- Miras” beynəlxalq jurnalının türk versiyasının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri doktoru Əli Rəcəblinin  “Azərbaycanda tapılmış, köhnədən istifadə olmuş xarici sikkələr” adlı məqaləsi dərc olunub (“İrs- miras”, 4 (8), 2014, s. 12-16).


 Məqalədə yüzilliklər boyunca Azərbaycanda olmuş və əsasən arxeoloji qazıntılar zamanı aşkarlanmış xarici sikkələr barəsində məlumat verilir. Xarici sikkələrin ən qədimləri Azərbaycanda m.ə. IV yüzilliyin sonuna, Makedoniyalı İskəndərin imperiyası dövrünə aiddir.  Sonraki dövrlərdə burada işlənmiş Sasani, Bizans, Ərəb Xilafəti, Baburilər və s. Şərq və Qərb dövlətlərinin sikkələri işlənmişdir. Bu tapıntılar Azərbaycanda xarici dövlətlərlə ticarətin geniş yayılması barəsində yazılı mənbələrin faktlarını bir daha təsdiqləyir.

Məqalənin tam mətni ilə “Muzey KİV-də” bölümündə tanış olmaq olar.