XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Aprel, 2014
“1918-ci il iyul-avqust tarixlərində Osmanlı imperiyasının nişan və medalları ilə təltif olunan azərbaycanlılar” adlı məqalə dərc olunub

“İRS- Miras” beynəlxalq jurnalının türk versiyasının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədovun “1918-ci il iyul-avqust tarixlərində Osmanlı imperiyasının nişan və medalları ilə təltif olunan azərbaycanlılar” adlı məqaləsi dərc olunub (“İrs- miras”, 4 (8), 2014, s24-27).


 Məqalədə 1918-ci ilin yaz-payız aylarında Azərbaycanda mövcud olmuş mürəkkəb hərbi-siyasi vəziyyət, Azərbaycan Demokratik Respublikasının yaranması, bolşevik- daşnak təcavüzlərinə qarşı Qafqaz İslam Ordunun yaradılması barəsində məlumat verilir. Qafqaz İslam Ordusunun tərkibində vuruşmuş azərbaycanlılar döyüşlərdə igidlik göstərmiş, onlardan bir çoxu müttəqif dövlət- Osmanlı imperatorluğunun orden və medalları ilə təltif olunmuşlar. Məqalədə bu təltif nişanları almış azərbaycanlılar, eləcə də Milli Azərbaycan Tarixi Muzeyində qorunan Məcidi Nişanı və Hərb Medalı kimi nişanlar barəsində məlumat verilir.

Məqalənin tam mətni ilə “Muzey KİV-də” bölümündə tanış olmaq olar.