Mayın 18-də Beynəlxalq Muzeylər günü münasibətilə Ağsu rayonunda bir sıra tədbirlər keçirilmişdir. Əvvəlcə rayon məktəblərinin müəllim və şagirdləri orta əsr Ağsu şəhər yerində aparılmaqda olan arxeoloji qazıntılarla yaxından tanış olmuş və açıq dərslər keçirilmişdir.
Sonra Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ağsu arxeоlоji ekspedisiyası üzvlərinin, Ağsu Rayоn İcra Hakimiyyəti nümayəndələrinin, rayonun muzey işçiləri və ziyalıların iştirakı ilə Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Arxeoloji turizm və muzeylər” mövzusunda seminar keçirilmişdir.
Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Akif Mirzəyev, İtaliyadan dəvət olunmuş bərpaçı-memar Luici Skrinzi, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Ağsu rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə rayon ərazisində aparılan son arxeoloji qazıntılardan, üzə çıxmış bina və emalatxanaların sonrakı taleyindən, bərpa və konservasiyasından, tədqiqindən, arxeoloji turizmin Azərbaycanda yayılması zərurətindən, Ağsunun turizm imkanlarından, muzeylərin arxeoloji turizmin inkişafında tutduğu yerindən danışmışlar.
Gün ərzində rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilmiş Ağsu arxeoloji ekspedisiyasının ən yeni arxeоlоji tapıntılarından ibarət sərgi ilə tanış olmuşlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.