AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2011-ci il oktyabrın 6-7-də müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirir.
Simpozium çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:
- Azərbaycanda qadın təhsilinin tarixi;
- Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi;
- Təhsildə mesenatlıq və xeyriyyəçilik;
- İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət.
Simpoziumda iştirak etmək üçün tezislər və anket 2011-ci il aprelin 15-dək farhadcabbarov@mail.ru elektron ünvanına göndərilməlidir. Tezislər qəbul olunduqda, məruzələr 2011-ci il iyulun 10-dək göstərilən elektron ünvana göndərilməlidir.
Simpoziumda iştirak etmək üçün dəvətlər 2011-ci il sentyabrın 15-dək göndəriləcək. Dəvət olunan iştirakçılar öz iştiraklarını 2011-ci il sentyabrın 25-dək təsdiq etməlidirlər.
Xarici ölkələrdən gələn iştirakçıların Bakıda qalma və yemək xərclərini qəbul edən tərəf öz üzərinə götürür. Bakıya gəlmə və getmə xərcləri iştirakçıların öz hesabınadır.
Tezislərin tərtibatına dair tələblər:
- Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
- Tezislər Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
- Mətnin həcmi – 1 səhifəyədək.
- Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
Məruzələrin tərtibatına dair tələblər:
- Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
- Məruzələr ciddi redaktə olunduqdan sonra Təşkilat komitəsinə göndərilməlidir.
- Məruzələr Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
Məruzələrin mətninin tərtibatına dair tələblər:
- Mətnin həcmi – 10 səhifəyədək.
- Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
- İstinadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.
- Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.
Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Çıxış
Simpoziumda çıxış vaxtı – 10-15 dəqiqə.
Çıxışlar Azərbaycan, ingilis və rus dillərində ola bilər (tərcümə təmin olunur).
Təşkilat komitəsinin koordinatları:
Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.
Telefon: (99412) 5981739
(99412) 4932387
Faks: (99412) 5985211
Elektron poçt: farhadcabbarov@mail.ru
Veb-sayt: www.azhistorymuseum.gov.az
Əlaqələndirici şəxs: Fərhad Cabbarov.
Anket (doldurulması mütləqdir)
İştirakçının adı və soyadı |
|
Ölkə, şəhər |
|
İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu |
|
Əlaqə telefonu |
|
E-mail ünvanı |
|
Elmi adı, dərəcəsi |
|
Məruzənin tam adı |
|
Məruzə və çıxış hansı dildə olacaq |
|
Çıxış zamanı proyektordan istifadə olunacaqmı |
Hə/Yox |
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.